Əmman, 11 avqust, AZƏRTAC
İordaniya hökuməti Qüdsdəki Məbəd dağında Əl-Əqsa məscidinə vurulan istənilən zərərə görə bütün məsuliyyəti İordaniya hökumətinin üzərinə qoyur.
“Petra” agentliyi bildirir ki, bu barədə İordaniya Haşimilər Krallığı hökumətinin rəsmi nümayəndəsi, KİV-lərlə iş üzrə nazir Məhəmməd əl-Momani məlumat verib. Onun sözlərinə görə, Məbəd Dağına istənilən müdaxilə cəhdini və ya israillilərin Əl-Əqsa məscidinə lağım atmaları qeyri-qanuni və islam ziyarətgahlarına və ümumiyyətlə, müsəlmanların hisslərinə münasibətdə düşmənçilik fəaliyyətdir.
Nazir vurğulayıb ki, İordaniya himayəsində və nəzarətində olan islam ziyarətgahlarının qorunması və mühafizə olunması üçün mümkün olan hər şeyi edir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman