Dünyanın ən məşhur supermodellərindən biri, tatar İrina Şeykin amerikalı aktyor, Hollivud ulduzu Bredli Kuperlə aşiq-məşuq olduğu iddia olunurdu. Di gəl, 29 yaşlı modellə 40 yaşlı aktyor bunu inkar edirdilər.
Lakin hər sirrin üstü bir zaman açılır.
Milli.Az TMZ-yə istinadən bildirir ki, İspaniyanın "Real" (Madrid) klubunun portuqaliyalı ulduzu Kriştianu Ronaldunun sabiq nişanlısı İrina Şeyk indi sevgilisi Bredli Kuperlə İtaliyanın Amalfi kurortunda istirahətdədir.
Onlar çimərliyin sakit guşəsinə çəkilərək dincəlmək qərarına gəlmişdilər.
Fəqət Şeyk və Kuper paparassilər tərəfindən izləndiklərinin fərqində deyildilər.
İrina Şeyk və Bredli Kuper çimərlikdə qucaqlaşanda, öpüşəndə və özlərini "tam relaks" durumunda hiss edəndə fotoları çəkilib.
Milli.Az






















































