Bakı, 12 avqust, AZƏRTAC
"Bank VTB (Azərbaycan)" yaxın günlərdə Rusiya rublu ilə ipoteka krediti verəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə bankın pərakəndə biznesin inkişafı departamentinin rəhbəri Tural Vəliyev məlumat verib.
"Bununla bağlı "Bank VTB (Azərbaycan)"ın Moskvadakı baş ofisi ilə danışıqlar aparılır. Bank, eyni zamanda, sentyabrdan dövlət xətti ilə ipoteka kreditlərinin verilməsini də planlaşdırır", - deyə departament rəhbəri qeyd edib.