Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Pan Gi Mun Mərkəzi Afrika Respublikasında xidmət edən sülhməramlı əsgərlərin gənc qıza təcavüz etdiyi və iki nəfəri öldürmələrinə görə narahat olduğunu söyləyib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı BMT-nin baş katibi Pan Gi Munun sözçüsü Stefan Dujarric verib.

"Bu cür sui-istifadə hallarının xoş qarşılanmamalı, hər iddianın ciddiyə alınıb qərarlı və əhatəli şəkildə araşdırılmalı olduğunu bir daha vurğulayırıq".

Xatırladaq ki, dünən Beynəlxalq Əfv Təşkilatı yayımladığı hesabatda Ruanda və Kamerunda sülhməramlı əsgərlərin bir məhəllədə apardıqları əməliyyat zamanı bir əsgərin hamamda gizlənən 12 yaşlı qıza təcavüz etdiyi bildirilib.

Milli.Az