Bakı, 13 avqust, AZƏRTAC
“Elektron hökumət” bülleteninin iyul buraxılışında “E-hökumət” portalındakı (e-gov.az) e-xidmətlərinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş siyahı üzrə növbəti müqayisəli təhlili aparılıb. Siyahıda digər dövlət qurumları ilə yanaşı, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) də 16 xidməti yer alıb.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, təsdiq olunmuş 16 e-xidmətdən hər biri “E-hökumət” portalında yerləşdirilib. Ümumilikdə RYTN-in 35 elektron-xidməti portal üzərindən istifadə olunur. Nazirliyin rəsmi internet səhifəsində (mincom.gov.az) isə 26 e-xidmət təqdim edilir.