Minsk, 13 avqust, AZƏRTAC
Belarus investisiya baxımından çox cəlbedici və perspektivli regiondur.
AZƏRTAC BELTA agentliyinə istinadla bildirir ki, Türkiyənin “Ketenci” hüquq firmasının müdiri və İstanbul fond birjasının Azərbaycanda, Belarusda və Rusiyada səlahiyyətli nümayəndəsi Səlcuq Ərdoğan bu fikri Qrodnoda jurnalistlərlə söhbətində səsləndirib.
“Ketenci” hüquq firması Bakıdan və Moskvadan sonra Minskdə də öz ofisini açıb.
1989-cu ildən beynəlxalq hüquq konsaltinq fəaliyyəti ilə məşğul olan “Ketenci” şirkəti Belarusda həm Türkiyənin bu ölkədə təsərrüfat fəaliyyəti ilə məşğul olan şirkətlərinin işinə kömək edəcək, həm də Türkiyə bazarına çıxmaq niyyətində olan Belarus şirkətlərinə öz xidmətlərini təklif edəcək.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk
Türkiyənin “Ketenci” hüquq firması Bakıdan və Moskvadan sonra Minskdə də öz ofisini açıb