20 gün əvvəl ana olan aktrisa-model Ceren Hindistanın sosial şəbəkədə paylaşdığı fotosu qalmaqal yaradıb.

Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, kəbinli həyat yoldaşı Ümid Aslandan olan qızı Arya Rimanı qucağında tutan aktrisanın bədən quruluşu yenidən onun haqqında şayiələrə və müzakirələrə səbəb olub.

Ağ şalvar geyinən Cerenin hamiləlik çəkilərindən belə qısa müddətdə azad olması istifadəçilərdə fotonun real olmadığı fikrini yaradıb.

Bundan başqa, bir müddət əvvəl əslində hamilə olmadığı deyilən Cerenin uşağı özünün dünyaya gətirmədiyi də iddia edilir.

Yenicə ana olan aktrisanın paylaşdığı foto inandırıcı gəlmədi