Bakı, 13 avqust, AZƏRTAC
Topaz Premyer Liqasının ikinci turu çərçivəsində avqustun 15-də baş tutacaq “AZAL” – “Qəbələ” matçının keçirilmə yeri dəyişdirilib.
AZƏRTAC xəbər verir ki, “AZAL Arena”da süni ot örtüyündə aparılan yenilənmə işləri ilə əlaqədar oyun “Dalğa Arena”da keçiriləcək.
Qarşılaşma saat 21:00-da başlayacaq.
Topaz Premyer Liqasının ikinci turunda bir oyunun keçirilmə yeri dəyişdirilib