
“Məni cəsus olmaqda ittiham etdilər və Qahirəyə apardılar, bir gün nəzarətdə qaldım. Mənim üçün artıq Misir yoxdur. Səyahətə qaldığım yerdən davam edəcəyəm. Amma Misirə getməyəcəyəm.”

Azərbaycan və Türkiyə konsulluqlarından yardım ala bilmədiyini deyən Ramil Ziyadov hər iki ölkənin də Misirdəki konsulluğunun fəaliyyət göstərmədiyini bildirib.

Avqustun 11-də Misirə getdiyini bildirən Ziyadov avqustun 13-də Liviyaya getmək istəyərkən səhrada silahlı şəxslər tərəfindən saxlanıldığını sonra azadlığa buraxılmasının əvəzinə cibindəki 400 dolların polislər tərəfindən götürüldüyünü qeyd edib. Pulu qurtardığından istəmədən səyahəti dayandırdığını deyən azərbaycanlı səyyah məqsədinin türk mədəniyyətini bütün dünyaya tanıtmaq olduğunu bildirib.

Xatırladaq ki, azərbaycanlısəyyah Ramil Ziyadov 2013-cü ilin may ayındavelosipedi ilə dünya səyahətinə çıxıb.