Ədalət və İnkişaf Partiyasının lideri Əhməd Davudoğlu ilə Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçeli Türkiyədə koalisiya hökumət qurulması məsələsini müzakirə ediblər.

ANS PRESS-ın məlumatına görə, görüşdə müsbət nəticə əldə edilməyib. Milli Hərəkat Partiyasının sədri Dövlət Bahçeli bildirib ki, koalisiya höküməti yaratmaq üçün heç bir eytiyac görmür və ərkən seçkilərin keçirilməsinin dəstəkləmək niyyətində deyil.

Qeyd edək ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Cümhuriyyət Xalq Partiyasının (CHP) koalisiya hökumətinin yaradılması ilə bağlı uğursuz cəhdindən sonra D.Bahçeli bildirmişdi ki, AKP milliyətçi hərəkatın şərtlərini qəbul etsə, koalisiya hökumətinin formalaşdırılmasına razılığını verə bilər.

Türkiyədə koalisiya höküməti yarana bilmədi (FOTO)
Əhməd Davudoğlu və Dövlət Baxçalı

MHP-nin koalisiya təklifi qarşısında 3 şərt irəli sürüb. “Bu şərtlərdən birincisi PKK terror təşkilatı ilə razılaşdırılan “sülh prosesi” adlı atəşkəsin kləğv olunmasıdır. Digəri 17-25 dekabr korrupsiya prosesinin araşdırılması, 3-cü şərt isə prezident Rəcəb Tayyib Ərdoğanın Ağ saraydan Çankaya köşkünə qayıtmasıdır.” – deyə Dövlət Baxçalı bildirib.

Xatırladaq ki, iyunun 7-də Türkiyədə parlament seçkisi keçirilib. Parlamentə girməyə müvəffəq olan 4 siyasi partiyanın heç biri tək başına hökumət quracaq qədər millət vəkili əldə etməyib. 550 yerli Türkiyə Böyük Millət Məclisinə AKP 258, CHP 132, MHP və HDP hər biri 80 millət vəkili ilə daxil olub. Təkbaşına hökumət qurmaq üçün bir partiyanın 276 millət vəkilinə ehtiyacı olduğundan hazırda ölkədə koalisiya hökuməti qurulması barədə qızğın müzakirələr gedir.

Türkiyədə koalisiya höküməti yarana bilmədi (FOTO)
Əhməd Davudoğlu və Dövlət Baxçalı