İstanbul, 19 avqust, AZƏRTAC
Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Əhməd Davudoğlu yeni hökumətin qurulması ilə bağlı iyulun 9-da aldığı səlahiyyəti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təhvil verib.
Anadolu Agentliyinin məlumatına görə, avqustun 18-də Prezident Rəcəb Tayyib Ərdoğanla görüşən Əhməd Davudoğlu yeni hökuməti formalaşdıra bilməməsi barədə dövlət başçısına məlumat verib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul