Bir neçə gün əvvəl səhhətində yaranan nasazlıq səbəbindən xəstəxanaya çatdırılan və iflic diaqnozu ilə müalicəsinə başlanılan Türkiyənin tanınmış aktyoru Halit Akçatepenin öldüyü iddia olunub. ANS PRESS-in məlumatına görə, sosial şəbəkələrdə yayılan bu xəbər öz təsdiqini tapmayıb. Bildirilib ki, aktyorun müalicəsi Gülhanə Hərbi Tibb Akademiyasında (GATA – Gülhane Askeri Tıp Akademisi) davam edir.
Qeyd edək ki, hazırda 77 yaşında olan aktyor ilk dəfə 1947-ci ildə 9 yaşında “Bir dağ masalı” filmində çəkilib. Əsasən “Hababam Sınıfı” filmindəki Güdük Necmi obrazı ilə yadda qalan aktyor, həmin filmdəki Paşa Nuri obrazını canlandıran aktyor Sıtkı Akçatepenin oğludur.
Aktyorun 9 yaşında çəkildiyi filmdən kadr.