Bakı, 19 avqust, AZƏRTAC
"PAŞA Həyat" sığorta şirkəti "kredit götürən şəxslərin həyat sığortası" növü üzrə növbəti iri həcmli sığorta ödənişini həyata keçirib.
Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən AZƏRTAC-a bildirilib ki, ölkədə fəaliyyət göstərən bankların birindən ipoteka krediti götürmüş şəxsin vəfat etməsi nəticəsində müştərinin 25,588 min manat qalıq borc məbləği "PAŞA Həyat" tərəfindən aidiyyatı üzrə ödənilib.
Bu ilin əvvəlindən indiyədək "PAŞA Həyat" ipoteka krediti ilə bağlı beş sığorta hadisəsinə görə 76,690 min manat həcmində sığorta ödənişi verib.