Bakı, 20 avqust, AZƏRTAC
“Bank of Baku” “UBER” şəxsi sürücü xidməti ilə “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsində birgə aksiya keçirib.
Bankdan AZƏRTAC-a bildirilib ki, aksiyanın şərtlərinə əsasən facebook.com/bankofbaku səhifəsində avqustun 17-də saat 9-dək “Uber” postunu paylaşan hər kəsə “Bank of Baku”nun Bakı daxili filiallarına getmək və gəlmək üçün cəmi 2 gediş pulsuz verilib.
Aksiya müştərilər tərəfindən böyük maraqla qarşılanıb. Üç gün ərzində davam edən aksiyada 330 nəfər “Uber” postunu paylaşıb. Avqustun 20-dən etibarən postu paylaşan hər müştəriyə ardıcıllıqla promo kodlar göndəriləcək.
“UBER” proqram təminatını müştərilər öz mobil telefonlarına yükləyib qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçdikdən sonra menyuda "promo" hissəsinə daxil olaraq və vətəndaşa verilən promo kodu daxil edilir.
Banka gəlmək üçün filial ünvanı seçilir və “Uber X” sifariş edilir. Vətəndaşa verilən promo kodları (Promo kodlar 17 Avqust 09:00-dək paylaşım edənlərə verilib) proqram təminatına daxil edib, 2 gedişi pulsuz əldə etmək olar. Pulsuz verilən gedişlərdən sentyabrın 1-nə qədər istifadə etmək olar.
Promo kod yalnız yeni istifadəçilərə aiddir. “MC Bolkart” və “Bank of Baku”nun digər kredit/debet kartları ilə qeydiyyatdan keçmək mümkündür. Kart məlumatlarının daxil edilməsi yalnız qeydiyyat üçün tələb edilir. Promo kodu daxil etdikdən sonra, cəmi 2 dəfə “PULSUZ UBER X” xidmətindən istifadə etmək mümkündür.