"Neftçi"nin sabiq qapıçısı Saşa Stamenkoviç özünə yeni komanda tapıb.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, serbiyalı qolkiper karyerasını Yunanıstanda davam etdirəcək.
Mövsümlərarası fasilədə "Neftçi" ilə yollarını ayıran 30 yaşlı qapıçı öncə bir müddət "Krılya Sovetov"da baxışda olmuşdu. Rusiya klubu ilə anlaşa bilməyincə, "Kerkira"da baxışdan keçən Stamenkoviç burada bəyənilib və artıq komanda ilə rəsmi müqaviləyə qol çəkib.
Maraqlıdı ki, Stamenkoviç Azərbaycanda bir neçə il rəqib kimi çıxış etdiyi Aleksandr Şoliçlə artıq eyni klubun formasını geyinəcək. Çünki sabiq "Bakı"lı Şoliç (2009-2014) də "Kerkira"nın yeni transferlərindəndi.
Qeyd edək ki, Saşa Stamenkoviç 2011-2015-ci illərdə "Neftçi"nin çərçivəsini qoruyub, bu komanda ilə Avropa Liqasının qrup mərhələsində mübarizə aparıb.
Milli.Az