Türkiyə vətəndaşı Azərbaycan dövlət nömrə nişanlı avtomobillə Türkiyənin Çorum vilayətinin Osmancık rayonunda qəza törədib.

APA-nın DHA-ya istinadən verdiyi məlumata görə, sürücü idarəetməni itirib və avtomobili baryerlərə çırpıb. Qəza nəticəsində avtomobilin sürücüsü, 47 yaşlı Bülənt Yiğit, onun həyat yoldaşı Züleyxa Yiğit və 3 uşağı yaralanıb.

Yaralılar xəstəxanaya çatdırılıblar. Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az