Axşa.az "report"a istinadən xəbər verir ki, sahənin uzunluğu 7 km təşkil edib. Günəbaxan tumlarının satışından əldə olunan vəsaitləri amerikalı fermer xeyriyyə məqsədləri üçün istifadə edəcək. Cakvişin həyat yoldaşı Babbett keçən ilin noyabr ayında xərçənglə 9 illik mübarizədən sonra vəfat edib.
Onun sözlərinə görə, ölümündən dörd il əvvəl həyat yoldaşı ondan ölümündən sonra onun xatirəsinə gül əkməyi xahiş edib. 65 yaşlı Cakviş qonşularla danışaraq bitkiləri əkib. Plantasiya beş fermanın ərazisini tutub, onun uzunluğu 7 km, sahəsi 162 hektar olub.