Məhəmməd Cavad Zərif: İran Qarabağ münaqişəsinin nizamlanmasına yardım etməyə hazırdır

Məhəmməd Cavad Zərif: İran Qarabağ münaqişəsinin nizamlanmasına yardım etməyə hazırdır
14:38 27 Yanvar 2015
86 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 27 yanvar /Trend/

Rəsmi Tehran Cənubi Qafqazda münaqişələrin nizamlanması üzrə prosesləri beynəlxalq hüquq prinsipləri və normalar əsasında dəstəkləyir. Trend-in Ermənistan mətbuatlına istinadən verdiyi məlumata görə, bu barədə Yerevanda səfərdə olan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bəyan edib.

İranın xarici siyasət idarəsinin rəhbəri ermənistanlı həmkarı Edvard Nalbandyanla birgə mətbuat konfransında bəyan edib: “İran Ermənistanla qonşu dövlət kimi regionun bütün ölkələri arasında sülhün və dostluğun bərqərar olmasına tərəfdardır. Biz mövcud münaqişələrin dinc yolla həll olunacağına ümid edirik. Biz bu problemlərin müsbət nəticələnməsi üçün yardım etməyə hazırıq”.

Bundan əvvəl hər iki ölkənin XİN rəhbərləri danışıqların gedişində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində baş verən son hadisələri müzakirə ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/karabakh/2357582.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR