Göygöl, 23 avqust, AZƏRTAC
2015-ci ili uğurla başlayan göygöllülər bu gün haqlı olaraq qazandıqları nailiyyətlərlə fəxr edirlər.
Bu barədə AZƏRTAC-a məlumat verən rayon icra hakimiyyəti başçısının birinci müavini Turani Əliyev deyib ki, cari ilin avqust ayının 1-nə olan məlumata görə rayonda 9694,4 hektar sahədə biçin aparılaraq 27676,9 ton taxıl tədarük edilib. Bundan başqa 951 ton kartof, 680 ton tərəvəz, 474 ton meyvə, 150 ton bostan məhsulları istehsal olunub.
Heyvandarlıq məhsulları istehsalı sahəsində də uğurlar qazanılıb. Belə ki, 7 ayda 2239,4 ton ət, 12840,2 ton süd, 6658 min ədəd yumurta, 330,3 ton yun istehsal olunub. Bu göstəricilər keçən ilin müvaiq dövrü ilə müqayisədə xeyli çoxdur. Hazırda sahələrdə məhsul tədarükü davam edir. Söz yox ki, bu göstəricilər son hədd olmayacaq.