Tehran, 27 yanvar, Rabil Kətanov, AzərTAc
İranın iqtisadiyyat və maliyyə naziri Əli Tayebnia yanvarın 28-də Bakıya işgüzar səfərə gələcək.
Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin dəvəti ilə reallaşacaq səfər çərçivəsində iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi və həyata keçirilməsi nəzərdə tutulan birgə iqtisadi layihələrin perspektivləri müzakirə ediləcək.

Rabil Kətanov
AzərTAc-ın xüsusi müxbiri
Tehran