Azərbaycan boksçusu Ramal Amanov peşəkar rinqdə növbəti döyüşünü keçirib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, 63,5 kq çəki dərəcəsində çıxış edən idmançımız Sevastopolda Dominikan Respublikasını təmsil edən Ranses Payano ilə üz-üzə gəlib. Amanov döyüş başa çatmadan rəqibinə qalib gəlib. Belə ki, qarşılaşmanın gedişində Payano rinqdən uzaqlaşdırılıb.
Buna onun qaydalar çərçivəsindən kənar zərbələr endirməsi səbəb olub. İlk belə hərəkətinə görə hesabından 2 xal silinən dominikalı növbəti qayda pozuntusuna yol verdiyi üçün cəzalandırılıb. Bu qələbə idmançımıza "WBA İnternational"ın çempionluq kəmərinə sahib çıxıb.
Milli.Az