[ 27 Yanvar 2015 16:38 ]



Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 2 saylı İstintaq Təcridxanasında təqsirləndirilən şəxsdən narkotik vasitə tapılıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, təcridxanaya etapla daxil olan, Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3 maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Həsrət Hacıqulu oğlu Səmədzadənin üzərinə baxış keçirilib. Bu zaman əynindəki qış gödəkcəsinin cibində gizlətdiyi siqaret qutusunun içərisində olan 9 ədəd siqaretə doldurulmuş, xalis ümumi çəkisi 3.02 qram olan narkotik vasitə - marixuana aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.