Bakı, 26 avqust, Elvin Camalov, AZƏRTAC
Leylək sürülərinin köç etdiyi hava sahəsində olan İstanbulun Atatürk hava limanında köç siqnalı verilib.
AZƏRTAC “ulasimonline.com” saytına istinadla xəbər verir ki, avqust və sentyabr aylarında Avropa ölkələrindən Afrikaya köç edən leylək sürüləri limandan enib-qalxan təyyarələrin hərəkətinə maneələr törədirlər.
Pilotlar son günlərdə tez-tez rastlaşdıqları leylək sürüləri ilə əlaqədar hava nəqliyyatı idarəsinə xəbərdarlıq ediblər.
Leylək sürüləri ilə toqquşma təhlükəsinə görə uçuşlar sürülərin hərəkətinə görə tənzimlənir.