Çempionlar Liqasının bütün iştirakçıları müəyyənləşib. Fanat.az xəbər verir ki, pley-off mərhələsinin cavab oyunlarından sonra əsas raundun 32 iştirakçısı səbətlərə bölünüb.
17 ölkəni təmsil edən 32 komanda müvafiq şərtlərə əsasən 4 səbətə bölünüb. 1-ci səbətə yarışın son qalibi və UEFA reytinqində ilk 7 pillədə qərarlaşan ölkələrin çempionları yer alıb. Digər 24 klub öz reytinqinə görə səbətlərə bölünüb.
Qeyd edək ki, qrup mərhələsinin püşkü bu gün atılacaq.
I səbət: Barselona (İspaniya), Bavariya (Almaniya), Çelsi (İngiltərə), Benfika (Portuqaliya), PSJ (Fransa), Yuventus (İtaliya), Zenit (Rusiya), PSV (Hollandiya).
II səbət: Real (İspaniya), Atletiko (İspaniya), Portu (Portuqaliya), Arsenal (İngiltərə), Mançester Yunayted (İngiltərə), Valensiya (İspaniya), Bayer (Almaniya), Mançester Siti (İngiltərə).
III səbət: Şaxtyor (Ukrayna), Sevilya (İspaniya), Lion (Fransa), Dinamo (Ukrayna), Olimpiakos (Yunanıstan), ÇSKA (Rusiya), Qalatasaray (Türkiyə), Roma (İtaliya).
IV səbət: BATE (Belsrus), Borussiya (Mönhenqladbax, Almaniya), Volfsburq (Almaniya), Dinamo (Xorvatiya), Makkabi (Təl-Əviv, İsrail), Gent (Belçika), Malmö (İsveç), Astana (Qazaxıstan).
Fanat.az