Bakı, 29 avqust, AZƏRTAC
"Bank of Baku" və "Auto Azerbaijan" şirkətinin yeni satış kampaniyası davam edir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, kampaniya çərçivəsində müştərilər seçilmiş avtomobil modellərini illik 16 faiz olmaqla 3 ilədək müddətə kreditlə əldə edə bilərlər. Kreditlər manatla verilir.
Qeyd edək ki, "Auto Azerbaijan" şirkəti hazırda "Hyundai", "Chrysler", "Dodge", "Jeep" və "Peugeot" kimi məşhur avtomobil brendlərinin Azərbaycan üzrə rəsmi nümayəndəsidir.