Dominikan dövlətində baş verən qasırğa 20 nəfərin ölümünə səbəb olub.

ANS PRESS-in məlumatına görə, “Erika” tropik qasırğası nəticəsində Dominikan dövlətində 31 nəfərdən çox adam itkin düşüb, 20 nəfər isə həlak olub.

Bundan başqa, ölkəyə dəyən zərər onu 20 il geri salıb.

“Dağıntıların miqyası dəhşətlidir. Bu, gözləniləndən daha pisdir”, - deyə baş nazir Ruzvelt Skerritino bəyan edib. Hökumət başçısının sözlərinə görə, yüzlərlə ev, körpü və yol darmadağın olub.

Baş nazir onu da vurğulayıb ki, Domikan dövləti yenidən qurulmalıdır və o, baş verənləri “milli faciə” adlandırıb.

Ölkənin bir çox rayonları tanınmaz hala düşüb. Bir neçə saat ərzində Dominikana 38 santimetr yağıntı yağıb.

Qasırğa 20 nəfərin həyatına son qoydu (FOTO, VİDEO)
Dominikanda baş verən qasırğa


Bəzi mənbələrdə “Erika”nın qurbanlarının sayının 35 nəfərə çatdığı bildirilib.

Dominikan dövlətində baş verən qasırğa nəticəsində adanın 80%-i elektrik enerjisiz və susuz qalıb, əsas hava limanı isə daşqına görə bağlanıb. Güclü qasırğa yolların və yaşayış məntəqələrinin su altında qalmasına səbəb olub.

Dominikanda 72,5 min adam yaşayır. Dövlətin ümumi sahəsi 754 kv. metrdir.


Qasırğanın törətdiyi faciə