“Lenovo” şirkəti korporativ biznes bölməsi rəhbərini vəzifəsindən azad edib. Çin istehsalçısı bölmə rəhbərinin işdən azad edilməsi səbəbini açıqlamayıb. Bunun istehsalçının kompüter sahəsində problemləri və qeyri-qənaətbəxş maliyyə göstəriciləri ilə əlaqədar olması ehtimal edilir.

Bildirilir ki, “Lenovo Enterprise Group” bölməsinin baş vitse-prezidenti Cey Parker istefaya göndərilib. Onun səlahiyyətləri müvəqqəti olaraq həmin bölmənin vitse-prezidenti və baş əməliyyat direktoru Cerri Smitə həvalə olunub.

Hazırda korporativ istiqamət üzrə yeni rəhbərin nə vaxt təyin ediləcəyi barədə məlumat verilmir.

Cey Parker 2007-ci ildən “Lenovo”-da çalışmağa başlayıb və o vaxtdan bir neçə rəhbər vəzifəni tutub. Məsələn, o, Şimali Amerikada əməliyyat işi üzrə vitse-prezident olub. C.Parker Çin istehsalçısında fəaliyyətə başlamazdan əvvəl "Dell” şirkətində beynəlxalq server marketinqi direktoru vəzifəsində çalışıb, - "DailyComm” yazır.