Biznesmenin arvadına bahalı hədiyəsi şoka saldı (FOTO)

Biznesmenin arvadına bahalı hədiyəsi şoka saldı (FOTO)
00:26 28 Yanvar 2015
222 Digər
Ölkə mətbuatı
A- A+

Yakutiyada yerli biznesmenlərdən biri bu günlərdə öz arvadına onun təzə iPhonu üçün qızıldan çexol hədiyyə edib.

ANS PRESS-in məlumatına görə, çexol 110 qram təmiz qızıldan hazırlanıb. Çexolun hazırlanmasında həmçinin brilyantlardan istifadə olunub.

“Biz sadəcə müştərinin sifarişini yerinə yetirdik. Onun adını biz deyə bilmərik. Bundan cəmi iki nüsxə istehsal etdik. İkincisi yaxın günlərdə Sankt-Peterburqda zərgərlik sərgisində nümayiş olunacaq. Daha sonra onu almaq mümkün olacaq. Telefon üçün zərgərlik bamperinin dəyəri - təxminən 550 min rubl dəyərindədir. Milli Yakut naxışlarından istifadəylə eskiz bizim xoşumuza gəldi və biz belə çexolların istehsalına başlamağı qərar verdik. Əlbəttə, belə bahalı olmayacaqlar. Onlar gümüşdən və daşlarsız olacaqlar”, - deyə "Uran Saxa" zərgərlik şirkətinin rəhbəri Luka Yeqorov bildirib.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=322289

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR