Bakı, 1 sentyabr, AZƏRTAC
1 nömrəli marşrut avtobusunun fəaliyyətə başlama vaxtı texniki səbəblərdən 1 həftə müddətinə uzadılır.
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, bu barədə “BakuBus” MMC-dən bildirilib.
1 nömrəli marşrut avtobusu sabahdan deyil, təqribən 6-7 gün sonra fəaliyyətə başlayacaq. Bu səbəbdən digər marşrut xətlərində (11, 8, 136, 184) nəzərdə tutulan dəyişikliklər də 1 nömrəli marşrut avtobusu fəaliyyətə başladığı gündən tətbiq olunacaq.
Qeyd edək ki, bu müddətin uzadılması ləğv olunan 100 və 132 saylı marşrut avtobuslarına aid deyil.