x
Loading...

Azərbaycan diasporu Almaniyada şəhər meriyası ilə birgə layihələr həyata keçirəcək (FOTO)

Azərbaycan diasporu Almaniyada şəhər meriyası ilə birgə layihələr həyata keçirəcək (FOTO)
10:53 28 Yanvar 2015
353 Sosial
Ölkə mətbuatı
A- A+
.

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir İlkin İzzət/

Azərbaycan diasporu Almaniyanın Tangerhütte şəhər meriyası ilə birgə layihələr həyata keçirəcək. Bu barədə Tend-ə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildiriblər.

Almaniyanın Zaxhsen-Anhalt əyaləti üzrə Alman-Azərbaycan Cəmiyyətinin sədri Yaşar Niftəliyev Tangerhütte şəhərinin meri Brohm Andreas ilə görüşüb. Görüsdə təşkilatla meriya arasında əməkdaşlıq, birgə layihələrin reallaşdırılması, eləcə də Tangerhütte şəhərində yaşayan azərbaycanlılar bağlı müzakirələr aparılıb.

Azərbaycan diaspor təşkilatının rəhbəri Yaşar Niftəliyev rəhbərlik etdiyi cəmiyyətin fəaliyyəti, Tangerhütte şəhərində yaşayan soydaşlarımız haqqında məlumat verdikdən sonra Brohm Andreası ölkəmiz və onun üzləşdiyi problemlər barədə də geniş məlumatlandırıb. Y.Niftəliyev Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etməsi, Azərbaycan xalqına qarşı törədilmiş cinayətlər – Xocalı soyqırımı və digər vəhşiliklər, eləcə də uzun illərdir Azərbaycanın məruz qaldığı haqsızlıqları Brohm Andreasın diqqətinə çatdırıb.

Tangerhütte şəhərinin meri Brohm Andreas Azərbaycan xalqının sülhsevər və qonaqpərvər xalq olduğunu vurğulayıb. B.Andreas Alman-Azərbaycan Cəmiyyətinin fəaliyyətini yüksək qiymətləndirərək mədəniyyət və digər sahələrdə əməkdaşlığın məqsədəuyğun olduğunu bildirib.

Görüsün sonunda Yaşar Nifətliyev Tangerhütte şəhərinin meri Brohm Andreasa Azərbaycan və Xocalı soyqırımı haqqında kitablar hədiyyə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2357931.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR