Bakı, 3 sentyabr, Ceyhun Alışov, AZƏRTAC
Bu il İtaliyada təşkil olunan 72-ci Beynəlxalq Venesiya Film Festivalı islandiyalı rejissor Baltasar Kormakurun "Everest" filminin nümayişi ilə start götürüb.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, dünyanın bir sıra ölkələrindən olan kino mütəxəssislərinin və incəsənət xadimlərinin iştirak etdiyi festivalın qalibi olacaq kino rejissorlarına və aktyorlarına "Qızıl Şir" mükafatı təqdim ediləcək. Hər ölkədən 3-4 rejissorun qatıldığı kino festivalında çoxmetrajlı filmlər də nümayiş olunacaq. Festivalın "Qızıl Şir" nominasiyası öz qaliblərinə sentyabrın 12-də təqdim olunacaq.
Xatırladaq ki, müxtəlif illərdə festivalın əsas mükafatını "Qızıl şir", "Rasemon", "Gündüz gözəli", "Qayıtma", "Faust" kimi filmlər qazanıb. Ötən il Azərbaycan da "Nabat" filmi ilə festivalın əsas proqramına daxil olan "Horizontlar" proqramı çərçivəsində təmsil olunub.