Bakı, 3 sentyabr, AZƏRTAC
Ukraynanın "Ukranian Ecological Group" şirkəti və "Fregat" zavodu Azərbaycanın iş adamlarına əməkdaşlıq təklif edir.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO ) AZƏRTAC-a bildiriblər ki, əməkdaşlıqda maraqlı olan "Ukranian Ecological Group" şirkəti qida məhsulları sahəsində, "Fregat" zavodu isə maşınqayırma sahəsində ixtisaslaşıb.