Əməkdar artist Baloğlan Əşrəfovun oktyabrın 8-də ad günüdür.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 64 yaşı tamam olan müğənni bu münasibətlə konsert verəcək. O, bu haqda "Şou biz" verilişində deyib:

"İstəyirəm oktyabrda sevənlərimə sürpriz edim. Gözəl konsert proqramı düşünürəm. Tamaşaçılarım mənim üçün darıxıb. Həmişə canlı oxumuşam. Yenə də ənənəmə sadiq qalacam. Maraqlı proqram hazırlayacam".

Milli.Az