x
Loading...
.

Həkimlərə lisenziyadan kənar fəaliyyət göstərməyin qadağan olunması təklif edilir

12:52 28 Yanvar 2015
106 Digər
Ölkə mətbuatı
A- A+
.

[ 28 Yanvar 2015 12:41 ]

Bakı. Mübariz Aslanov - APA. Azərbaycanda həkimlərə lisenziyadan kənar fəaliyyət göstərmək qadağan olunacaq.

APA-nın məlumatına görə, Milli Məclisin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Əhalinin sağlamlığının qorunması haqqında” qanunun 46-cı maddəsinə bununla bağlı yeni bəndin əlavə olunması müzakirəyə çıxarılıb.

 

Layihə barədə məlumat verən komitə sədri Hadı Rəcəbli bildirib ki, yeni bəndə görə, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibbi fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibbi fəaliyyətin həyata keçirilməsinə yol verilmir.

 

Dəyişikliyi şərh edən H. Rəcəbli bildirib ki, son vaxtlar bir sıra həkimlərin lisenziyadan kənar, hətta ixtisasına aid olmayan tibbi fəaliyyət növü ilə məşğul olur: “Biz bu dəyişikliklər ilə ilkin tibbi müayinə istisna olmaqla, yalnız lisenziya verilmiş fəaliyyətlə məşğul olmağı rəsmiləşdiririk”.

 

Layihə MM-in plenar iclasına tövsiyə olunub.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370658

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR