Mədəniyyət və Turizm Nazirliyi batal janrında respublika müsabiqəsi elan edib

Mədəniyyət və Turizm Nazirliyi batal janrında respublika müsabiqəsi elan edib
17:08 4 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 4 suvar, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən əhalidə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi, Azərbaycan tarixinin şanlı döyüş səhifələrinin, dövlət müstəqilliyinin bərpası və qorunması, ərazi bütövlüyünün və sərhəd toxunulmazlığının, milli təhlükəsizliyinin təmin edilməsi uğrunda qəhrəmanlıq və şücaət göstərmiş vətən övladlarının igidliyini, onların mübarizə əzmini təsviri sənət əsərlərində əks etdirmək məqsədilə batal janrında (batal - təsviri sənətdə müharibə və hərbi həyat mövzularına həsr olunan janr) respublika müsabiqəsi elan edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqə "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əhali arasında hərbi vətənpərvərlik işinin gücləndirilməsinə dair 2015-2016-cı illər üzrə Tədbirlər Planının təsdiq edilməsi haqqında" 27 iyul 2015-ci il tarixli əmrinə uyğun olaraq keçirilir.
Sentyabrın 1-dən başlayan və 2016-cı il fevralın 10-dək davam edəcək sərgi-müsabiqəyə yaşı 20-dən yuxarı olan ali və orta ixtisas təhsilli, peşəkar rəssamlar batal janrında işlənmiş əsərlərini təqdim edə bilərlər.
Sərgi-müsabiqədə iştirak etmək istəyən rəssamlar öz əsərlərini 2016-cı il yanvarın 15-dən fevralın 10-dək Azərbaycan Dövlət Rəsm Qalereyasına (Ünvan: Bakı ş., Neftçilər prospekti, 123A, Tel: 012-493-86-33) təqdim etməlidirlər.
Göstərilən vaxtdan əvvəl hazır olan əsərlərin fotoşəkillərini elektron poçt vasitəsilə g.gasimov@mct.gov.az e-mail ünvanına göndərmək olar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Medeniyyet_ve_Turizm_Nazirliyi_batal_janrinda_respublika_musabiqesi_elan_edib-882082

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR