"Benzinin qiyməti niyə düşmür?" sualına Rövnəq Abdullayevin cavabı

"Benzinin qiyməti niyə düşmür?" sualına Rövnəq Abdullayevin cavabı
19:22 4 Sentyabr 2015
108 Digər
Ölkə mətbuatı
A- A+

"Bir neçə il bundan qabaq 150 min ton Aİ-95 benzin satılırdısa indi bu göstərici 20-25 minə düşüb".

"Qafqazinfo" xəbər verir ki, bu sözləri Rövnəq Abdullayev Cüdo Federasiyasının yeni prezidenti seçilməsi ilə bağlı Milli Olimpiya Komitəsində keçirilən tədbirdə deyib.

Benzinin qiyməti ilə bağlı verilən sualları da cavablandıran Neft Şirkətinin prezidenti son günlər bu barədə çox danışıldığını qeyd edib:

"Neft dünya bazarında 120 dollar olanda da qiymət bizdə belə idi, 50 dollar olanda da. Niyə 120 dollar olanda benzinin qiymətindən danışmırdılar? Bizdə benzinin qiyməti neftin 60 dollar olandakı qiymətinə bərabərdir, nə qalxıb, nə də ki, enib. Bizdə benzinin qiyməti dünya bazarı ilə tənzimlənmir, dövlət tənzimləyir. Endirmək mümkün deyil, çünki iqtisadiyyatımız sabitdir.

Benzinin qiyməti sırf iqtisadiyyatımıza hesablanıb. Aİ-95 benzinin qiyməti stabildir, indi əksəriyyət insan 92 benzindən istifadə edir. Ölkəyə gətirilən 95-98 benzin 6-7 il bundan əvvəl gətirilib və hələ də istifadə olunur. Bu növ benzinlər hər gün gətirilib satılmır. Bir neçə il bundan qabaq 150 min ton Aİ-95 benzin satılırdısa, indi bu göstərici 20-25 minə düşüb".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/367052.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR