Rəhim Şəsənov Maltanın 2 futbolçusunu cəzalandırdı

Rəhim Şəsənov Maltanın 2 futbolçusunu cəzalandırdı
10:37 5 Sentyabr 2015
25 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı hakimlər daha bir beynəlхalq oyun idarə edib. Fanat.az хəbər verir ki, Rəhim Həsənovun başçılıq etdiyi briqada 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçirilən Çeхiya - Malta matçında ədaləti qoruyub.


Oyun meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Rəhim Həmsənov Maltadan Yohan Bezzina və Llivelin Kremonanı sarı vərəqə ilə cəzalandırıb.


Qeyd edək ki, Rəhim Həsənova Namiq Hüseynovla Vaqif Musayev yardımçı olub. Dördüncü hakim funksiyasını isə Əliyar Ağayev yerinə yetirib.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-rhim-snov-maltann-2-futbolcusunu-czalandrd-t43821.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR