[ 05 Sentyabr 2015 13:54 ]



Bakı. Şəhriyar Əlizadə - APA. İmişli rayonunda şirkətdən oğurluq etməkdə şübhəli bilinən şəxslər tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 10-da “Engin” MMC-dən içərisində 51 min manat olan seyfi oğurlamış rayon sakinləri - Elvin Hacıyev, Ceyhun Şükürov və Elşən Mustafayev tutulub.

Faktla bağlı araşdırma aparılır.