x
Loading...

Bakıda 12 və 14 yaşlı uşaqlar oğurluğa görə tutuldu

Bakıda 12 və 14 yaşlı uşaqlar oğurluğa görə tutuldu
11:29 7 Sentyabr 2015
24 Ölkə
Ölkə mətbuatı
A- A+
.

Bakıda yeniyetmə oğlanlar oğurluq etdiklərinə görə polis tərəfindən saxlanılıblar. Lent.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Suraxanı RPİ CAŞ və 31-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 2-də saat 14 radələrində Ramana qəsəbəsində yerləşən internet klubda qəsəbə sakini İbrahim Salayevin mobil telefonunu masanın üzərindən oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 2001-ci il təvəllüdlü Heydər Əmrahov müəyyən olunaraq saxlanılıb.

 

Bundan başqa Xətai RPİ 34-cü PB PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 5-də saat 16 radələrində Sarayevo küçəsində Ramiz Mustafayevə məxsus velosipedi oğurlamaqda şübhəli bilinən, Bakı şəhər sakinləri – 2001-ci il təvəllüdlü İlkin Vəliyev və 2003-cü il təvəllüdlü Tural Əbilov müəyyən olunaraq saxlanılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/213698

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR