Bakıda velosiped oğurlamaqda şübhəli bilinən iki uşaq saxlanılıb.
Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Trend-ə verilən məlumata görə, sentyabrın 5-də, saat 16 radələrində Sarayevo küçəsində Ramiz Mustafayevə məxsus velosiped oğurlanıb.
Xətai RPİ 34-cü PB PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmək şübhəli bilinən Bakı şəhər sakinləri - 2001-ci il təvəllüdlü İlkin Vəliyev və 2003-cü il təvəllüdlü Tural Əbilov saxlanılıblar.
Milli.Az