German Sterliqov Dağlıq Qarabağla əlaqələri kəsmək niyyətində deyil

German Sterliqov Dağlıq Qarabağla əlaqələri kəsmək niyyətində deyil
15:37 7 Sentyabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyalı iş adamı German Sterliqov Ermənistan işğalı altında olan Dağlıq Qarabağla əlaqələri kəsmək niyyətində deyil və mütəmadi olaraq ora getməyi planlaşdırır.

APA-nın verdiyi xəbərə görə, bu barədə "İnterfaks"a açıqlamasında German Sterliqov özü bildirib.

"Bizim vətənimizə qayıtmağımız o demək deyil ki, Dağlıq Qarabağa geri dönməyəcəyik. Bizim üçün indi, demək olar ki, Dağlıq Qarabağ doğma evdir", - deyə o söyləyib. İş adamı Dağlıq Qarabağda kiçik təsərrüfat yaratdığını deyib: "Bizim indi öz təsərrüfatımız, balaca dəyirmanımız var. Orada biz buğda üyüdürük. Mənim yerli sakin olan tərəfdaşım da var. Təsərrüfatı oğlanlarım idarə edəcəklər. Mən də ora uçacağam".

Qeyd edək ki, rusiyalı sahibkar Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçdiyi üçün Azərbaycan tərəfindən İnterpol xətti ilə beynəlxalq axtarışa verilib. 2015-ci il avqustun 31-də G.Sterliqov İrəvandan Moskvaya gələrkən Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Domodedovo hava limanında saxlanılıb və gecə saat 01.00 radələrində Rusiya Federasiyası ərazisini tərk etməmək şərti ilə müvəqqəti olaraq sərbəst buraxılıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu G.Sterliqovun dindirilməsi üçün Moskva şəhərinə ezam olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/367524.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR