KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsinə xidmət edən çoxlu layihələr həyata keçirilir

KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsinə xidmət edən çoxlu layihələr həyata keçirilir
15:58 28 Yanvar 2015
164 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 28 yanvar, AzərTAc 
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
AzərTAc xəbər verir ki, Müşahidə Şurasının sədri Umud Mirzəyev gündəlikdə duran məsələlər barədə məlumat verib.
Fondun icraçı direktoru Vüqar Səfərli məruzə ilə çıxış edərək 2014-cü ildə respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş vermiş hadisələrin diqqət mərkəzində saxlanıldığını, KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsinə xidmət edən çoxsaylı layihələrin həyata keçirildiyini diqqətə çatdırıb. KİV-lərə Dövlət Dəstəyi Konsepsiyası çərçivəsində sənədləri tələblərə cavab verən 34 gündəlik, günaşırı və həftəlik qəzetə maliyyə yardımının ayrıldığını bildirib.
Ötən il Fondun beynəlxalq əlaqələrinin daha da genişləndiyi, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi məqsədilə jurnalistlərin xarici ölkələrə səfərlərinin təşkil olunduğu bildirilib.
Sonra hesabat ətrafında müzakirələr aparılıb.
Müşahidə Şurasının üzvlərindən Vüqar Əliyev, Vüqar Rəhimzadə, Rəşad Məcid, Əflatun Amaşov, Bəxtiyar Sadıqov və İntiqam Hümbətov çıxış edərək Fondun 2014-cü ildəki fəaliyyətini qənaətbəxş dəyərləndiriblər və hesabat yekdilliklə qəbul edilib.
İclasda Fondun 2015-ci üçün tədbirlər planı da müzakirə olunub. 2015-ci ilin respublikamız üçün bir sıra əlamətdar hadisələrlə zəngin olacağını deyən V.Səfərli hazırlanmış tədbirlər planında bunların nəzərə alındığını vurğulayıb. Tədbirlər planı Müşahidə Şurasının üzvləri tərəfindən müsbət dəyərləndirilərək təsdiq edilib.
Müşahidə Şurasında Fondun 2015-ci il üçün ekspertlərin siyahısı da müzakirə olunaraq təsdiq edilib.
Gündəliyə uyğun olaraq iclasda, həmçinin Fondun Novruz bayramı münasibətilə keçirəcəyi fərdi jurnalist yazıları müsabiqəsinin elanı müzakirə edilib. Müsabiqənin KİV-lərə Dövlət Dəstəyi Konsepsiyası çərçivəsində 15 istiqamət üzrə keçirilməsi qərara alınıb.
İclasda cari məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
V.Səfərli Fondun qarşıdakı fəaliyyət istiqamətləri barədə də məlumat verib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/KIV_lerin_maddi_texniki_bazasinin_mohkemlendirilmesine_xidmet_eden_choxlu_layiheler_heyata_kechirilir-828066

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR