Polis əhaliyə müraciət etdi: özünüzü bu şəxslərdən qoruyun

Polis əhaliyə müraciət etdi: özünüzü bu şəxslərdən qoruyun
17:44 7 Sentyabr 2015
649 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) paytaxt sakinlərinə müraciət edib.

 

APA-nın xəbərinə görə, BŞBPİ-i avqustun 26-da 57 saylı xətt avtobusunda Bakı şəhər sakini İrina Romanovanın əl çantasından 35 manat və bankomat kartı olan pul kisəsini oğurlamaqda şübhəli bilinərək tutulan Bakı şəhər sakinləri, əvvəllər məhkum olunanlar - 1970-ci il təvəllüdlü Oruc Müzəffər oğlu Məhərrəmov, 1979-cu il təvəllüdlü Azər Sabir oğlu Kərimov və 1981-ci il təvəllüdlü Samirə Ənvər qızı Əbiyevanın görüntülərini yayıb.

 

Həmin şəxsləri tanıyanlardan, onların başqa cinayətlərinin şahidi olanlardan və ya onların əməllərindən zərərçəkənlərdən polisə məlumat vermələri xahiş olunur.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/213760

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR