Tokio, 8 sentyabr, AZƏRTAC
Yaponiyanın mərkəzində yerləşən Şizuoka prefekturasının 200 mindən çox sakini leysan yağışlarla əlaqədar çayların daşmaq təhlükəsi ilə bağlı təxliyə barədə tövsiyə xəbərdarlığı alıb. Bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Məlumatda bildirilir ki, tövsiyə üç çayın keçdiyi Hamamatsu şəhərində 8 min evi əhatə edib. Bu çaylarda suyun səviyyəsi son həddə çatıb. Sakinlərin müvəqqəti yerləşməsi üçün xüsusi təxliyə mərkəzləri hazırlanıb.
Yaponiya Meteorologiya İdarəsinin yaydığı məlumata görə, hazırda ölkənin sahillərinə iki güclü “Kilo” və “Amau” qasırğaları yaxınlaşır. Onların cari həftənin sonunda Hönşü adasına çatacağı gözlənilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio