Milli.Az müğənni Fədayə Laçının gecce.az-a müsahibəsini təqdim edir.

- Fədayə xanım, artıq yay bitib. İstirahət edə bildiniz?

- Kazana getmişdim, bir ay orada qaldım. Sağ olsun dostlarım dəvət etmişdi. Orda olmağımdan istifadə edib bir konsert də təşkil etdilər. Necə deyərlər, həm ziyarət, həm ticarət (gülür). Çünki mən hara getsəm, pul qazana bilirəm, ona görə ki, səsim üstümdə olur. Məni oxutmasalar, buraxmırlar. Musiqi ruhun qidasıdır. Məni də Allah insanların ruhlarını qidalandırmaq üçün yaradıb.

- Müsahibələrinizin birində demişdiniz ki, hesabdan başım çıxmır. Bəs toy danışıqlarını necə aparırsız, pulu necə hesablayırsız?

- Bu işlərlə prodüserim Cavid Dadaşov məşğul olur.

- Bəs qorxmursunuz ki, sizi aldada bilərlər?

- Xeyr, mən uşağam ki, kimsə məni aldatsın? Mənim köməkçim Cavid Dadaşov yaxşı insandır. O, məni aldatsaydı, yanımda olmazdı. Mən ərrtafımda yalnız düzgün insanları toplamışam. Yalançılar mənlik deyil. Bilirəm ki, o da məndən çox razıdır. Biz bir- birimizi aldatmırıq .Düşünürəm ki, sona qədər də belə birlikdə olacağıq.

- Həyatda necə, çox aldanmısınız?

- Unuda bilməyəcəyim qədər aldandığımı sanmıram.

- Kimsəsiz adada kimlə yaşamaq istərdiniz?

- Əzizlərimlə. Dostlarımla da kaş qonşu olaydıq (gülür). Çünki dostlarsız adada darıxaram. Mənim həyatda qardaşım yoxdur, amma yaxşı dost-qardaşlarım, laçınlı əmioğullarım var. Onlar da olsa, lap ürəkli yaşayaram adada.

- İnsanın yanında əzizləri də olsa, ona mütləq həyat yoldaşı lazımdır. Elə yaşdasınız ki, bunu hiss etməlisiniz...

- Yox, vallah hiss etmirəm. Mənim hər şeyim oğlumdur, şair-qəzəlxan balam. Başqa heç kimə ehtiyac duymuram.

- İkinci ailənin uğursuzluğundan qorxursunuz?

-Yox, sadəcə, oğluma ögey ata istəməmişəm. Çünki öz atası var da. Nə olsun ki, ayrılmışıq?! Sağ olsun bizi diqqətdən kənarda qoymur.

- Əslində, çox səmimi və mehriban xanımsınız. Müsahibənin gedişatında bunun bir daha şahidi oldum. Siz yola getmədiniz, yoxsa sizlə yola getmədilər?

- Biz istəmədən ayrıldıq. Şükür Allahın məsləhətinə. Amma evliliyimiz uğursuz oldu.

- Övladınızın atası ilə görüşməsini siz istədiniz, yoxsa məhkəmənin qərarı oldu?

- Əlbəttə ki, mənim. Nə məhkəmə? Məhkəmənin deməyinə ehtiyac yoxdur. Uşaq atasıyla görüşməlidir, uşaq bilməlidir ki, necə kişinin oğludur. Həm də o zaman uşaq ürəkli böyüyür.

- Ayrılmağınızın səbəbi müğənni olmağınız olub yəqin ki...

- Biz ayrılanda mən müğənni deyildim. Heç ağlıma da gəlmirdi ki, mən müğənni olacağam. Düşünürəm ki, oğlumun dünyaya gəlişi ilə tanrım mənə səs verdi. Bu səsi Allah mənə ən çətin günlərimdə verdi.

- Bacınız İlahə xanımla həyatda hansı məqamlarınız oxşardır?

- Biz İlahəylə ən çətin və ən xoşbəxt günlərimizi birgə yaşamışıq. İki canda bir ürəyik biz.

- Amma bacınız sizin haqqınızda həmişə müsbət fikirdə deyil. Hətta bir müsahibəsində demişdi ki, o, məni açıq-saçıq geyimləriylə əsəbləşdirir.

- Deməzdim ki, çox açıq-saçıq geyinirəm. Amma bilirsiz necədir? Mənə yaraşanı geyinirəm. Mənə qısa yaraşır, hərdən geyinirəm. Əlbəttə ki, bacım onu deyir. Əslində, mən idman geyiminə üstünlük verirəm, bundan başqa cins şalvarları da çox sevirəm. Amma mən açıq-saçıq geyinən deyiləm, bunu hamı bilir. Bir dəfə qısa yubka geyinmişdim, yaraşırdı, çünki əyri-eybəcər ayaqlarım yoxdur (gülür).

Dəfələrlə jurnalistlərin sual atəşinə tutulmuşam və düşündüm ki, əgər insanlar məni qısa geyimdə görmək istəmirlərsə, bu, özü çox gözəldir. Söz verdim ki, bir daha geyinmərəm. Niyə başqalarını qısa yox, lüt görsələr, etiraz etmirlər, amma mənə qarşı o dəqiqə etiraz etdilər. Demək, insanlar mənə hörmətlə yanaşırlar.

- Fədayə xanım, oğlunuzu şairliyə özünüz istiqamətləndirdiniz?

- Mən şair anasıyam (gülür). O, həvəsli idi. Onu bu sənətə, filologiyaya həvəsləndirən onun müəllimi, filologiya elmləri doktoru Muxtar İmanov oldu. Bütün savadlı müəllimlərin qarşısında baş əyirik.

- Bildiyimə görə səsi də var...

- Səsi var, amma oxumaq üçün deyil, qəşəng qəzəllər demək üçündür.

- Qayınana olmağa tələsirsiniz?

- Mən tələsirəm, amma Əlhəm hələ tələsmir. Deyir ki, mən hələ oxuyub elmə yiyələnmək istəyirəm. Mənim balam istedadlıdır, şair olacaq inşallah. Cavan ana olduğum kimi cavan nənə də olmaq istəyirəm. O, mənə deyir ki, mənə 25 yaşıma kimi "evlən sözünü demə".

- Tələsdiyinizə görə yəqin ki, qız da gözaltı etmisiniz...

- Hətta bir neçəsini (gülür). Amma mənim gözaltı etməyimlə deyil ki, Əlhəm özü ağıllı oğlandır, özü bilər nə vaxt evlənmək lazım olduğunu. Nə vaxt istəsə, o vaxt da evləndirəcəm inşallah.

- Kimlərdir gözaltı etdiyiniz qızlar?

- Kimlərdir deyəndə ki, harada qəşəng qız görürəm deyirəm ki, ay Allah, kaş bunu alardım oğluma. Nə qəşəng qızdır bu (gülür).

- Ümumiyyətlə, qohum nikahına necə baxırsız?

-Qohum, yad nə fərqi var ki? Bircə zatı qırıq olmasın. Nəslinə bələd olmasaq, o qızı almarıq.

- Həyat yoldaşınızla qohumsunuz?

- Xeyr, qohum deyildik. Onunla məktəb illərindən tanış idik. Dərsə gedəndə arxamca düşürdü, mən də qorxurdum (gülür).

- Neçə il arxanızca düşəndən sonra "hə" cavabını aldı?

- İki il. Hə cavabını almadı, amma məni aldı (gülür). Çünki uşaq idim, "hə" deyən vaxtım deyildi. O məni qaçırtdı. O vaxt qız qaçırmaq dəbdə idi. Amma nə yaxşı ki, mən ona getmişəm. Mənim oğlum nə yaxşı ki, onun oğludur. Özü kimi tərbiyəli, mərifətli maşallah.

- Nə vaxtsa onunla yenidən bir araya gəlməyiniz mümkündür?

- Bu haqda heç düşünmürəm. Çünki onun daha ailəsi, uşaqları var. Əgər bunu arzulasam, mən bir ailənin dağılmasına səbəb ola bilərəm. Oğlum da mən düşüncədə olan bir insandır.

- Şou-biznesdən kimlərlə münasibətiniz yoxdur?

- Hamı ilə münasibətim normaldır.

- Amma bir müsahibə vermişdiniz ki, Məhəbbət Kazımov öləndən sonra onun adını tutub reklam qazananlar oldu. Bu sözünüz kimə aid idi?

- Heç tanımadığım oxuyanlara. Oxuyan deyillər onlar. Onlar ürəkləri oxumaq eşqiylə çırpınanlardır. Rəhmətə gedəndən sonra "uşaq-muşaq" hamı başladı Məhəbbətin mahnılarını oxumağa. Hansı ki, onlar heç Məhəbbətin adını tutmağa layiq deyillər. Adam əsəbiləşir də. Oxuya bilən oxusun da. Oxuya bilməyən getsin özünə sənət axtarsın. Onsuz da, bu sənətlə onlar heç kimin yadında qalan deyillər.

- Atanız əməliyyatdan sonra necə oldu?

- Şükür Allaha əməliyyatdan sonra özünü çox yaxşı hiss edir. Bu, göydə Allahın, yerdə həkimlərin və məni sevən insanların dualarının nəticəsidir. Atam xəstə olanda mən onun üçün dualar etdim. Özümə söz vermişdim ki, atamı ölməyə qoymayacağam. Belə də oldu.

- Fədayə xanım sizin yerinizə kim olsaydı, bəlkə də uzun illərdən sonra atanızı qəbul etməzdi. Siz, görünür, keçmişi tez unudursunuz...

- Xeyr, olanlar, keçmiş heç vaxt unudulmur. O ürəkdə həmişə həkk olunur. Keçmişini unudanın gələcəyi olmaz. Sadəcə, xatırlamaq və xatırlatmaq istəmirəm. Usandım artıq. Atamın ağır vəziyyətində o cür şeyləri düşünmək lazım deyildi. Əgər o, məni son ümidi bilib ağız açıbsa, niyə də ona kömək etməli deyildim? Atama kömək etdim və nəticədə ona qovuşdum. Atamın başqa qadından bir qızı var. Onunla bu gün çox gözəl münasibətimiz var.

Milli.Az

Oğluna ögey ata istəməyən Fədayə Laçın: "Uşaq bilməlidir ki, necə kişinin oğludur" - FOTO
Oğluna ögey ata istəməyən Fədayə Laçın: "Uşaq bilməlidir ki, necə kişinin oğludur" - FOTO
Oğluna ögey ata istəməyən Fədayə Laçın: "Uşaq bilməlidir ki, necə kişinin oğludur" - FOTO
Oğluna ögey ata istəməyən Fədayə Laçın: "Uşaq bilməlidir ki, necə kişinin oğludur" - FOTO
Oğluna ögey ata istəməyən Fədayə Laçın: "Uşaq bilməlidir ki, necə kişinin oğludur" - FOTO
Oğluna ögey ata istəməyən Fədayə Laçın: "Uşaq bilməlidir ki, necə kişinin oğludur" - FOTO
Oğluna ögey ata istəməyən Fədayə Laçın: "Uşaq bilməlidir ki, necə kişinin oğludur" - FOTO
Oğluna ögey ata istəməyən Fədayə Laçın: "Uşaq bilməlidir ki, necə kişinin oğludur" - FOTO
Oğluna ögey ata istəməyən Fədayə Laçın: "Uşaq bilməlidir ki, necə kişinin oğludur" - FOTO
Oğluna ögey ata istəməyən Fədayə Laçın: "Uşaq bilməlidir ki, necə kişinin oğludur" - FOTO
Oğluna ögey ata istəməyən Fədayə Laçın: "Uşaq bilməlidir ki, necə kişinin oğludur" - FOTO