Bakı, 8 sentyabr, AZƏRTAC
Sentyabrın 8-də Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində “Beynəlxalq Sülh Günü və İnsan Hüquqları” mövzusuna həsr olunmuş tədbir keçirilib.
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları öz çıxışlarında “Beynəlxalq Sülh Günü”nün yaranma tarixindən söz açaraq, müharibələr və onların törətdiyi qorxunc fəsadlar barəsində, insan hüquqları müdafiəsi ilə bağlı geniş müzakirələr və fikir mübadiləsi aparıblar.
Sonda isə bu mövzuda maarifləndirici tədbirlərin, “dəyirmi masa”ların tez-tez keçirilməsinin vacibliyi vurğulanıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində “Beynəlxalq Sülh Günü və İnsan Hüquqları” mövzusuna həsr olunmuş tədbir keçirilib
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində “Beynəlxalq Sülh Günü və İnsan Hüquqları” mövzusuna həsr olunmuş tədbir keçirilib