Bakı, 8 sentyabr, AZƏRTAC
MyTagram, Helpelon, Firelon, Yahoo, AliExpress və Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Texnologiya Transfer Mərkəzinin təşkilatçılığı ilə “Sosial Media/E-Ticarət” mövzusunda konfrans keçirilib.
ADİU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə mərkəzin direktoru Aydın Hüseynov “Texnologiya transferi və kommersiyalaşdırma” mövzusunda təqdimatla çıxış edib.
Daha sonra “MyTagram” və “Storeaz.net” startup layihələrinin təqdimatı keçirilib.
Sonda qaliblərə mükafatlar təqdim edilib.