Ölkə Prezidentinin turizmin inkişafı ilə bağlı təkliflərin hazırlanması məqsədilə verdiyi tapşırıqdan sonra 2-3 ulduzlu hotellərin tikilməsi, vizaların verilməsi və aviabiletlərin qiymətinə təsir edən konkret təkliflər hazırlanaraq müvafiq qurumlara təqdim edilib.
Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov jurnalistlərə bildirib.
N.Səməfov deyib ki, təkliflərdə bu sahədə çalışan sahibkarlar üçün vergi güzəştlətinin tətbiq edilməsi, hansısa sahibkarlar tərəfindən çəkilən xərclərin dövlət tərəfindən ödənilməsi, 2-3 ulduzlu hotellərin tikilməsi ilə bağlı Sahibkarllığa Kömək Milli Fondunun mehmanxana seqmentinə daha çox diqqət ayrılması öz əksini tapıb.
Milli.Az