Belə ki, Xəzər rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsi (CAŞ) və 1-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Şüvəlan qəsəbəsində 1946-cı il təvəllüdlü Şövkət Həşimovaya məxsus bağ evinə maskalanaraq daxil olan, vətəndaşa qarşı zor tətbiq etməklə quldurluq əməli törətməyə cəhd göstərməkdə şübhəli bilinən, qəsəbə sakinləri – 1988-ci il təvəllüdlü Samid Tahirov, 1993-cü il təvəllüdlü Elnur Muradov və 1994-cü il təvəllüdlü Nahid Razıyev müəyyən olunaraq tutulub.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, quldurluq hadisəsi sentyabrın 9-da saat 04:20 radələrində baş verib.