Bakı, 10 sentyabr, AZƏRTAC
"Aztelekom" MMC-də yeni "Aztelphone" xidmətinin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, MMC-nin baş direktoru Məhəmməd Məmmədov bildirib ki, “Aztelekom” stasionar rabitə tarixində bir ilkə imza atıb. Yeni yaradılan və analoqu olmayan “Aztelphone” xidməti vasitəsilə Bakı şəhəri və regionlar üzrə abunəçilər stasionar telefon nömrələrini xaricə daşıya biləcəklər.
"Aztelekom" İKT şöbəsinin müdiri Ədalət Abbasov xidmət barədə ətraflı məlumat verib.
Qeyd olunub ki, "Aztelekom" MMC həmişə olduğu kimi, daim öz abunəçilərinin yüksək keyfiyyətli rabitə ilə təmin olunmasını qarşısına məqsəd qoyub. “Azərbaycan vətəndaşları xaricə gedərkən, rabitədən istifadə etmək üçün, rouminq xidmətinə keçməyə məcburdur. Bu da abunəçilərə əlavə xərclər bahasına başa gəlir. Bu xidmətin yaradılmasında əsas məqsəd xaricdə olarkən abunəçilərin az pulla çox danışmasını təmin etməkdir.
Şöbə müdiri bildirib ki, “Aztelphone” xidmətinin özəlliyi ondadır ki, istifadəçi xüsusi proqramla ev və ya xidməti telefon nömrəsini istənilən internet işlədicisinə (smartfon mobil telefonuna, kompyuterə, planşetə və s.) yükləməklə, daşınan telefon nömrəsində “zənglərin şərtsiz yönləndirməsi” servisini aktivləşdirir. Sonra o, istər respublika daxilində, istərsə də xarici ölkədə internet şəbəkəsi olan hər hansı ərazidə daxil olan zəngləri qəbul etmək və yaxud bu nömrədən istənilən istiqamətlərə zəng etmək imkanına malik olur. Bu zaman lokal şəbəkədəki mənzil və ya xidməti telefonlarında olduğu kimi daşınan nömrədə də istifadə qaydaları və danışıq tarifləri dəyişməz qalır.
Mobil operatorların “Rouminq” xidmətindən fərqli olaraq “Aztelphone” xidmətindən xarici ölkələrdə istifadə zamanı hər hansı “Rouminq” və yaxud da bu xarakterli müqavilələrə ehtiyac yoxdur və xidmət ödənişsizdir. Sadəcə daşınan (məsələn 346 xxxx nömrəsi) sabit şəbəkə nömrəsinin yerləşdiyi məkanda internet şəbəkəsinin olması kifayət edir ki, xidmət aktivləşsin. Təbii ki, mehmanxana və s. yerlərdə də internet xidməti pulsuz olduğundan əlavə internet haqqının da ödənilməsinə ehtiyac qalmır.
Xidmətə qoşulmaq istəyən abunəçilər telekommunikasiya qovşaqlarına müraciət edə bilərlər. Bunun üçün abunəçiyə login və parol verilir. Daha sonra isə abunəçi ona məxsus stasionar telefon nömrəsini bu xidmət üçün ayrılmış nömrəyə yönəltməlidir. Bu əməliyyatdan sonra abunəçinin ev nömrəsi onun mobil qurğusuna (smartfon, planşet və ya kompyuter) yazılan "Aztelphone" proqramı vasitəsilə daşınır.
Şöbə müdiri əlavə edib ki, abunəçi ölkə xaricində və respublikanın istənilən bölgəsində olduqda da ona edilən zənglər və onun istənilən nömrəyə, o cümlədən mobil telefona etdiyi zənglər indiyədək tətbiq edilən mövcud tariflərə uyğun hesablanır. Bu xidmət çərçivəsində Bakı telefon abunəçiləri paytaxtın ev telefon abunəçiləri ilə istənilən qədər pulsuz danışa bilərlər. Eyni zamanda, Bakı telefon qovşaqlarının abunəçilərinin də ona etdiyi zənglər pulsuz olacaq. Həmin abunəçi rayon telefon abunəçisinə zəng etdikdə isə bir dəqiqəsi 5 qəpikdən ödəniş edəcək. Əgər telefonu “Aztelphone” xidmətinə yönləndirən abunəçi xaricdədirsə, onun rayonundan olan abunəçinin etdiyi zənglər də pulsuz olacaq. Bu xidmətə bütün sabit telefon şəbəkə abunəçiləri qoşula biləcək və xidmətdən bütün növ smartfon istifadəçiləri də yararlanacaqlar. Xidmətin aylıq abunə haqqı isə 20 manatdır.
“Aztelphone” xidməti vasitəsilə Bakı və regionlar üzrə abunəçilər stasionar telefon nömrələrini xaricə daşıya biləcəklər